330x110
 

OPEC ölkələrinin xam neft istehsalı azalıb – Hesabat

10.07.2020,16:00


10 iyul, Fineko/abc.az. İyunda OPEC ölkələrinin xam neft istehsalı əvvəlki ayla müqayisədə azalıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə 1 milyon 900 min barrel azalan xam neft istehsalı sutkada 22 milyon 190 min barrel təşkil edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin neft bazarına dair aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon barrel təşkil edib. Bununla da, iyunda OPEC-in sutkalıq istehsalı ümumilikdə 27 milyon 190 min barrel olub.

Müəllif: Elmir Murad