Bakının bu yolları bağlanır – Siyahı

16:29 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Paytaxtın Neftçilər prospekti və Niyazi küçəsində iyulun 10-u axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər