PUA-larımız vurulmayıb - Müdafiə Nazirliyindən açıqlama

09:49 - 13.07.2020


13  iyul, Fineko/abc.az.  Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bunu ABC.AZ-a Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Bütün xəbərlər