Türkiyədən Azərbaycana dəstək - Ermənistan zəifliyini ortaya qoyur

10:06 - 13.07.2020


13  iyul, Fineko/abc.az.  “Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz  işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır. Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, məntiq və hüquq yolunu seçməlidir".

ABC.AZ-ın məlumatına görə, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda daha sonra bunlar yer alıb: "Avantürizmi qəbul etməklə Ermənistan bir daha  zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır. Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri  beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək"

Bütün xəbərlər