Daha 233 nəfər Moskvadan Bakıya gətirildi - Çarter reysi ilə

10:09 - 13.07.2020


13  iyul, Fineko/abc.az.  “Azərbaycan Hava Yolları” (AZAL) iyulun 12-i Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

AZAL-dan ABC.AZ-a bildirilib ki, bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib.

Reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər