Vətətdaşlar əmanətlərini daha qısa zamanda geri ala biləcək – Millət vəkili

11:14 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Müflis elan edilən banklarda blok olunmuş əmanətlər ilə bağlı baş nazir Konstitutsiya Məhkəməsinə sorğu göndərib.

Nazirlər Kabinetinin sözügedən məhkəməyə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə müvafiq qanuna şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Təklifimizin hökumət tərəfindən dəyəndirilməsi müsbət hal olmaqla yanaşı, bu məsələnin həllini tapması bank sekoruna olan inamın qorunub saxlanması baxımdan da vacibdir.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O vurğulayıb ki, əvvəllər də qeyd etdiyimiz kimi depozit qəbulu qadağan olunmuş bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil.

O baxımdan da, baş nazirin bu məsələ ilə bağlı sorğu göndərməsi təqdirəlayiqdir: "Yaxın gunlərdə məhkəmə bu məsələ ilə bağlı öz qərarını açıqlayacaq. Güman olunur ki, bu qərardan sonra vətətdaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər. Bütövlükdə, bu məsələ bir daha bank nəzarətinin daha da gücləndirilməsi və əmanətlərin sığortalanmasında yeni mexanizmin tətbiqini gündəmə gətirir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər