330x110
 

Təbii qazın talanmasına görə 5 iş üzrə inzibati cərimə tətbiq olunub – Açıqlama

13.07.2020,11:27


13 iyul, Fineko/abc.az. Yanvar-iyun ayları ərzində Energetika Nazirliyində inzibati xətalar üzrə 272 işə baxılıb.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, bunlardan 258-i təbii qaz, 14-ü isə elektrik enerjisi ilə bağlı olub.

Təbii qaz üzrə 129 iş barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 5 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 6 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə bir iş üzrə inzibati tənbeh vermə haqqında qərar, elektrik qurğularında texniki istismar qaydalarının pozulmasına görə isə bir iş üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilib.