Bakıda daha bir park tikiləcək – Müqavilə imzalandı

11:59 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Bakıda yeni istirahət parkı tikiləcək.

ABC.AZ-ın məlumatına görə, parkı tikəcək şirkətin adı məlum olub.

Belə ki, bir müddət əvvəl Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin elan etdiyi tenderi "TFM-SMART PROJECT" MMC-i qazanıb.

4 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması üçün “TFM-SMART PROJECT" MMC ilə 87 min manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, park Bakı şəhəri, Yasamal rayonunda salınacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər