330x110
 

Səudiyyə neft hasilatını artıracaq – Gələn aydan

13.07.2020,12:33


13 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanı və "OPEC+" razılaşmasında iştirak edən ölkələrin əksəriyyəti artan tələbat fonunda neft hasilatının artırılması fikrini dəstəkləyir.

ABC.AZ xəbər verir ki, yaxın günlərdə OPEC və "OPEC+" iştirakçılarının video-konfrans formatında keçiriləcək görüşündə tərəflər enerji bazarındakı vəziyyəti və əldə olunmuş razılaşmanın gələcəyini müzakirə edəcəklər.

Görüş keçirilənə qədər rəsmi Ər-Riyad avqust ayında neft hasilatını artırmağı, kvotaları isə gündə 2 mln. barel azaltmağı (9,7 mln. bareldən 7,7 mln. barelə) təklif edib. Sözügedən təklifi "OPEC+" iştirakçılarının əksəriyyəti dəstəkləyib.

Müəllif: Elmir Murad