330x110
 

Gürcüstanda daha bir qadağa ləğv olundu – Bu gündən

13.07.2020,14:36


13 iyul, Fineko/abc.az. Bu gündən etibarən Gürcüstanda mədəni tədbirlərə açıq havada icazə verilir.

ABC.AZ xəbər verir ki, bu barədə hökumət artıq qərar qəbul edib.

Məsələ ilə bağlı baş nazir Giorgi Qaxaria bildirib ki, xüsusilə indi yaz aylarında daxili turizmin getdikcə daha çox əhəmiyyətli olduğu bir zamanda bu çox vacib bir qərardır.

Qeyd edək ki, burada açıq havada toylara hər hansı icazənin verilməsi qeyd olunmur.

Müəllif: Elmir Murad