330x110
 

Azərbaycanda yeni birja yaradılacaq – Müzakirə olundu

13.07.2020,15:39


13 iyul, Fineko/abc.az. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) rəhbər heyətlərinin iştirakı ilə əmtəə birjalarının yaradılması haqqında vebinar keçirib.

Konfederasiyadan ABC.AZ-a bildirilib ki, tədbirdə, Azərbaycanda əmtəə birjalarının yaradılması və ASK-nın rolu müzakirə olunub.

Daha sonra görüşdə hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi olub.