330x110
 

Ağdamda mal qaraların sayı artıb – Heyvandarlıq inkişaf etdirilib

13.07.2020,16:10


13 iyul, Fineko/abc.az. 2020-ci il iyulun 1-i vəziyyətinə Ağdam rayonunda 42 min 37 baş qaramal olub.

Rayon Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, iribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən inək və camışların baş sayı 0,8 faiz artıb.

Bu ilin birinci yarısında rayonda diri çəkidə 2339,3 ton ət, 19 min 595,2 ton süd istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,1 faiz, süd istehsalı 0,9 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır.