330x110
 

Düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır – Nazirlik rəsmisi

13.07.2020,16:24


13 iyul, Fineko/abc.az. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib. O bildirib ki, mülki vətəndaşlar arasında heç bir itki yoxdur: "Hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir.

Düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır. Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram”.