Qaraqaya yüksəkliyi ələ keçirilməyib – Nazirlik

16:54 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Kütləvi İnformasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatla bağlı açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, bu həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub: "Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

 

Bütün xəbərlər