Ermənilər Naxçıvanı da atəşə tutub – 5 hektara qədər ərazi yanıb

17:19 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində də atəşkəs rejimini pozub.

ABC.AZ-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, erməni bölmələri iyulun 12-i saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

 

Bütün xəbərlər