Gürcüstan elektromobil istehsalını təxirə salıb – Səbəb

11:01 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Gürcüstanın Kutaisi şəhərində elektromobillərin istehsalı üzrə zavodun inşası pandemiya səbəbindən təxirə salınıb.

ABC.AZ-ın məlumatına görə, COVID-19 pandemiyası həmçinin Çində yanvar-fevral aylarında gürcüstanlı kadrların hazırlanması planlarına da mane olub.

Qeyd olunub ki, zavodun tikinti müddəti yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, Gürcüstan hökuməti zavodun tikintisini 2019-cu ilin yazında elan edib. O zaman inşa işlərinin 24 ay ərzində başa çatdırılmasına dair Çinin “Changan Automobile” konsorsiumu ilə razılıq əldə olunmuşdu.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər