"Türk Hava Yolları" bu şəhərlərə uçuçlara başlayır – Siyahı

11:14 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Avqustun 1-dən "Türk Hava Yolları" şirkəti bir sıra ölkələrə uçuşlara başlayacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə avişirkət məlumat yayıb.

Belə ki, "Türk  Hava Yolları" Rusiyanın Moskva, Kazan, Soçi, Rostov, Peterburq, İranın Şiraz və Təbriz, Səudiyyə Əərbistanının Riyad, Damman və Ciddə, Hindistanın Mumbay və Dehli, Qırğızıstanın Bişkek, Özbəkistanın Daşkənd, Əlcəzairin Konstantin ve Vahran, Misirin İskəndəriyyə və Şarm al-Şeyx, Tunisin Kameron, Kenyanın Nairobi, Cənubi Afrikanın isə Keyptaun şəhərlərinə uçuşlar həyata keçirəcək.

“Aviareyslər yerinə yetirilərkən koronavirus təhlükəsi nəzərə alınacaq və bu məsələyə həssaslıqla yanaşılacaq”, - məlumatda qeyd edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər