Azərbaycanda 90 min nəfər yeni işlə təmin olunub

11:50 - 14.07.2020


14 iyul, Fineko/abc.az. 190 manatlıq sosial təminat almayan vətəndaşlar üçün əlavə ictimai iş yerləri yaradılıb.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışına istinadən xəbər verir ki, ilin əvvəli yaradılmış 1 illik müddəti əhatə edən 38 min iş yerinə əlavə olaraq 2 aylıq müddətə nəzərdə tutulmuş 52 min ictimai iş yeri yaradılıb.

Sözügedən xüsusi buraxılışda qeyd olunub ki, cəmi 90 min ictimai iş yeri təklif olunmaqdadır. Minimum əmək haqqı 250 manat məbləğindədir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər