2017-ci ildə ARDNŞ 20 milyon tondan artıq xam neft ixrac edib

16:38 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2017-ci ildə  20,7 milyon ton xam neft ixrac etmişdir.

ARDNŞ-in məlumatında deyildiyi kimi, şirkətin ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm rol oynayır.

“2017-ci ildə şirkət, 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac etmişdir. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər