Türkiyənin Vitse-prezidentindən dəstək – “Səninləyik Azərbaycan”

12:10 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycana dəstəyini ifadə edib.

ABC.AZ xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan" F. Oktay qeyd edib.

 

 

Bütün xəbərlər