Bu yol yenidən qurulub

12:24 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Saray qəsəbəsi ərazisindəki Heydər Əliyev prospekti əsaslı şəkildə təmir olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, sözügedən prospekt Saray qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin istər paytaxt, istərsə də Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Ümumi uzunluğu 2,4 kilometr, eni isə 12 metr olan yolboyu texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər