Marketlərdə nöqsanlar azalıb – Monitorinqin nəticəsi

12:32 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Azərbaycanda tətbiq edilən nəzarət tədbirləri və maarifləndirmə nətitcəsində karantin qaydalarına əməl etməyərək pozuntuya yol verən sahibkarlar azalır.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, indiyədək monitorinq keçirilmiş 16 133 sahibkarlıq subyektinin 6 778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Nazirlik qeyd edir ki, son günlər sahibkarlar bu qaydalara daha intizamla riayət edir: "Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir".

Nəticədə əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb: "Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub" - deyə nazirlikdən bildirilib.

 

Bütün xəbərlər