Tovuzdakı atışmada bir general və polkovnik şəhid oldu - Nazir müavinindən açıqlama

13:40 - 14.07.2020


14  iyul, Fineko/abc.az.    Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Ermənistan ordusunun Tovuzu atəşə tutmasını şərh edib.

ABC.AZ-ın məlumatına görə, K.Vəliyev qeyd edib ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib və iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib: "Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib. Döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib. Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".

Bütün xəbərlər