Turizm sektoru tənəzzüldədir – Azərbaycana gələnlər kəskin azalıb

14:50 - 14.07.2020


14 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətindən bildiriblər.

Məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

Belə ki, sözügedən dövrdə ölkəyə gələnlərin 29,7%-i Rusiya Federasiyası, 26,7%-i Gürcüstan, 14,5%-i Türkiyə, 7%-i İran, hər birindən 2,1% olmaqla Hindistan və Ukrayna, 2,0%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,3%-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan, hər birindən  1,2%-i olmaqla Küveyt və Qazaxıstan, 1,%-i Türkmənistan, 0,9%-iBöyük Britaniya, hər birindən 0,8%-i olmaqla Özbəkistan və İraq, 0,7%-i Belarus, 0,6%-i İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin  76,2%-ni kişilər, 23,8%-ni qadınlar təşkil edib. Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət Azərbaycanın turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahə ciddi tənəzzülə uğrayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər