Bu ölkələrdən Azərbaycana gələnlər kəskin azalıb – Siyahı

15:00 - 14.07.2020


14 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan - 6,9 dəfə, Macarıstandan - 5,3 dəfə, Yaponiyadan və  İsraildən - 5,1 dəfə, Polşadan - 4,7 dəfə, BƏƏ-dən - 4,6 dəfə, Kanadadan - 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan - 4 dəfə, İraqdan - 3,9 dəfə, Fransadan - 3,8 dəfə, Almaniyadan - 3,7 dəfə, Omandan - 3,6 dəfə, Niderlanddan - 3,5 dəfə azalıb.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətindən bildiriblər. Sözügedən dövrdə ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0%-i dəmir yolu və avtomobil, 30,4%-i hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər