Azərbaycanlıların ən çox getdiyi ölkələr – Siyahı

15:36 - 14.07.2020


14 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətindən bildiriblər.

Ölkə vətəndaşlarının 33,2%-i İrana, 29,6%-i Gürcüstana, 20,5%-i Rusiyaya, 9,5%-i Türkiyəyə, 7,2%-i isə digər ölkələrə səfər edib.

Gedənlərin 69,7%-ini  kişilər,  30,3%-ini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,3 dəfə azalıb. 2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,7%-i dəmir yolu və avtomobil, 16,5%-i hava, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər