330x110
 

Bu qatarların hərəkəti bərpa olundu – İtaliyaya tomat aparacaq

14.07.2020,16:47


14 iyul, Fineko/abc.az. Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a bildirilib ki, 82 konteynerdən ibarət növbəti qatar “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb.

İyirmi futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.