Bakının əsas xəstəxanasının direktoru işdən çıxarıldı – Yeni təyinat

16:57 - 14.07.2020


14 iyul, Fineko/abc.az. “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub.

ABC.AZ-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib. “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu isə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

Bütün xəbərlər