330x110
 

AMB banklara $56,6 mln. satıb

14.07.2020,17:22


14 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyulun 14-də banklara $56,6 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $56,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.