Azərbaycanın yanında durmağa davam edəcəyik – Hulusi Akardan dəstək

17:28 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycana dəstəyini ifadə edərkən deyib: "Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz şəkildə işğal edən və illərdir təcavüzkar mövqe sərgiləyən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, “bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”.

 

Bütün xəbərlər