Neft sərvətləri Azərbaycana orta gəlirli ölkəyə çevrilməyə imkan verdi – Navid Naqvi

10:26 - 15.07.2020


15 iyul, Fineko/abc.az. "Neft ölkə üçün çox mühüm gəlir mənbəyi olub. Neft sərvətləri ölkəyə öz infrastrukturunu inkişaf etdirməyə və tez bir zamanda yüksəlməyə, orta gəlirli ölkəyə çevrilməyə imkan verdi. Lakin hazırkı pandemiyadan əvvəlki ümumi beynəlxalq tendensiyalar və onun yaratdığı iqtisadi böhran əsas verir ki, iqtisadi inkişafın gələcək strategiyası neft və qaz asılılığından kənara diversifikasiya olunsun".

Bunu ABC.AZ-a müsahibəsində Dünya Bankının (DB) Azərbaycan üzrə sabiq nümayəndəsi Navid Naqvi deyib.

O hesab edir ki, neftin qiymətinin aşağı düşməsini, islahatçı səylərin sürətləndirilməsi imkanı kimi qiymətləndirmək lazımdır: "Bildiyimə görə, bu səylər artıq hökumət səviyyəsində sürətləndirilir. Ədalətli olaraq, hökumət hal-hgazırda iqtisadiyyatın məhsuldar hissələrini qorumaq üçün bu böhrandan ən çox əziyyət çəkənlərə kömək etməyə və bərpaya yönəlib. Gələcəkdə ölkəni iki məqama yönəldən orta müddətli inkişaf strategiyası lazım olacaq: ixtisas və təhsil keyfiyyətinin yüksəldilməsi və iş mühitinin yaxşılaşdırılması ki, yüksək keyfiyyətli iş yerləri ilə yanaşı yeni özəl müəssisələri yaradılsın. Bu, yalnız ölkədə hər kəs yaxşı sosial müdafiə sistemi və səhiyyə sistemi ilə təmin olunanda mümkündür. İqtisadi təlatümlər insanları dönməz yoxsulluğa gətirib çıxarmasın".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər