AtaSığorta səhmdarlarının iclası keçiriləcək – Müzakirə olunacaq məsələlər

11:17 - 15.07.2020


15 iyul, Fineko/abc.az. "AtaSığorta" ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaqda "AtaSığorta" ASC-nin İdarə Heyətinin üzvünün səlahiyyət müddətinin artırılması, Təftiş Komissiyasının seçilməsi, İnvestisiya siyasətinin və İnvestisiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi müzakirə ediləcək.

Eləcə də iclasda "AtaSığorta" ASC-nin 2020-2023-cü illər üzrə Strateji planının təsdiq edilməsi, bonus və mükafatlandırma komissiyasının yaradılması və Əsasnaməsinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

 

Bütün xəbərlər