Franasadan gətirilmiş buğdadan yüksək məhsuldarlıq alınıb – Bu rayonda

11:27 - 15.07.2020


15 iyul, Fineko/abc.az. Xaçmazda Fransadan gətirilərək əkilmiş buğda sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.

ABC.AZ xəbər verir ki, “Renan” və “Barok” buğda növlərindən hər hektara 73 sentner məhsul toplanıb.

Aqrar Elm və İnnovasiya Mərkəzindən bildirilib ki, yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq 100 hektar sahədə əkilib. Yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini uğurlu nəticə verib. Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə də hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Sınaqdan keçirilən yeni arpa sortu pivə istehsalı üçün daha faydalıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər