Vergi Xidmətinin xətti ilə büdcəyə 4 milyard manatdan çox vəsait toplanıb – Hesabat

11:50 - 15.07.2020


15 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə toplanan vəsaitin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə büdcəyə 4 milyard 5,65 milyon manat vəsait toplanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artıqdır.

Belə ki, ötən ilin eyni dövründə vergi xidməti büdcəyə 3 milyard 632,8 milyon manat vəsait toplamışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər