Sumqayıtda sənaye sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq – İşlə təmin olunacaq

12:01 - 15.07.2020


15 iyul, Fineko/abc.az. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılmış müasir tipli peşə təhsil müəssisəsində sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasına başlanacaq.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bunun üçün 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu nəzərdə tutulur.

500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı peşə təhsil müəssisəsində kimya, inşaat və mexatronika istiqamətləri üzrə – torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislərin hazırlanacaq.

Birillik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər