Ermənistan hərbçiləri ilə bağlı açıqlama yaydı – Yaralananlar var

12:10 - 15.07.2020


15 iyul, Fineko/abc.az. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində davam edən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.

O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hərbçilərin birinin vəziyyəti ağır, beşinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. 

 

Bütün xəbərlər