Azərbaycan 100 milyon dollardan çox fındıq ixrac edib – 7 ayda

12:22 - 15.07.2020


15 iyul, Fineko/abc.az. 2020-2021-ci il mövsümündə Azərbaycanda 55 min tondan artıq qabıqlı fındıq tədarük ediləcək.

Fındıq İstehsalçılar Assosiasiyasından ABC.AZ-a məlumata görə, 2019-cu ilin sentyabrından 2020-ci ilin mayına qədər Azərbaycan istehsalçıları 17 min ton qabıqsız fındıq ixrac ediblər.

İxracın ümumi həcmi 101 milyon dollardır. 

Təkcə pandemiya dövründə – 2020-ci ilin mart-may aylarında ölkədən ümumi dəyəri 30 milyon dollar olan 4,7 min ton fındıq ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər