"Paşa Bank"-ın mənfəəti 44,1 faiz azalıb – Hesabat

14:17 - 15.07.2020


15 iyul, Fineko/abc.az. "Paşa Bank" bu ilin ilk yarım ilini 52,9 milyon manat əməliyyyat mənəfəti ilə başa vurub.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 44,1% az deməkdir.

ABC.AZ xəbər verir ki, bu barədə bankın 2020-ci ilin ilk yarısının nəticələri ilə bağlı hesabatında qeyd olunub.

Hesabata əsasən, bu 2019-cu ilin ilk yarısında 51,78 milyon manat idi. Bankın faiz gəlirlərinə gəlincə, bu 105 milyon manat, faiz xərcləri 21,4 milyon manat, xalis faiz gəliri isə 82,8 milyon manat olub. 

Qeyd edək ki, Bankın qeyri-faiz gəlirləri 42,9 milyon, qeyri-faiz xərcləri 72,8 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər