“Embafinans” QSC-nin istiqrazları listinqə daxil edildi

17:40 - 15.07.2020


15  iyul, Fineko/abc.az.  Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazları iyulun 15-də standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən ABC.AZ-a bildirilib ki, listinqə alınan istiqrazların yerləşdirilməsi iyulun 17-də rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Təqdim oluna biləcək sifarişin aşağı həddi istiqrazın nominal dəyərinə uyğun olaraq 1000 AZN təyin edilib. Ümumi həcmi 1 milyon 500 min manat olan istiqrazlarının tədavül müddəti 365 gün və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq bir təqvim ayından bir ödəniləcək. Faizli, təmin edilməmiş istiqrazların sayı 1500 ədəd, nominal qiyməti 1000 manatdır.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

 

Bütün xəbərlər