Bir gün əvvəl artdıqdan sonra neft ucuzlaşır, Brent bir barelə $43,48-a satılır

10:11 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Cümə axşamı günü, ötən günkü 2%-dən çox artdımdan sonra neftin etalon markalarının qiymətləri azalır.

Saat 9:30-da London ICE Futures neft birjasında Brent-in sentyabr fyuçers qiyməti $0,31 (0,71%) – barel başına $43,48-a düşdü. 15 iyul nəticələrinə görə, sentyabr ayına olan Brent fyuçers qiyməti $0,89 (2,1%) – bir barelə $43,79-a yüksəldi.

Saat 9:30-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,40 (0,97%) – bir barel üçün $40,80 qədər aşağı düşdü. İyulun 15-də hərracların nəticələrinə görə, avqust ayı üçün WTI-nin müqavilələri $0,91 (2,3%) - bir barel üçün $41,20-dək bahalaşıb.

 

Bütün xəbərlər