Tovuz istiqamətində döyüşlər yenidən başlayıb – Nazirlikdən açıqlama

10:12 - 16.07.2020


16 iyul, Fineko/abc.az. İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

ABC.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.

Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

Bütün xəbərlər