Səhiyyəyə ötən ilkindən 287 milyon manat çox vəsait yönəldilib – Nazir

16.07.2020,11:33


16 iyul, Fineko/abc.az. Bu ilin birinci altı ayında dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz digər xarici şokların, - mən, ilk növbədə, istehlak tələbinin azalması və onun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsini nəzərdə tuturam, - cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub.

ABC.AZ xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin nazirlərlə görüşündə bildirib.

Nazir bəzi sahələrə yönəldilən vəsaitin həcmini açıqlayaraq, ötən ilin eyni dövrü ilə müqayisə aparıb: "2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8 faiz və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib".

Müəllif: Elmir Murad