Azərbaycanda koronavirusla mübarizəyə bu qədər pul xərclənib – Məbləğ

11:43 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Azərbaycanda koronavirusla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin  iclasında bildirib.

Ə. Əsədov qeyd edib ki, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə də müəyyən edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər