Bu malların qiymətləri bahalaşıb – Siyahı

14:18 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi iyun ayında Azərbaycanda ucuzlaşan ərzaq məhsullarının siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, qurum bununla yanaşı sözügedən dövrdə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin iyun ayına nisbətən 101,5% təşkil edib.

Belə ki, iyunda qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, sulu boyaların, divar kağızlarının, laminat parketin, dəhliz üçün mebelin, xalçaların, kondisionerlərin, ventilyatorların, təsərrüfat sabununun, tibb termometrlərinin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, kərpicin, elektrik ütülərinin, televizorların, mobil telefonlarda müşahidə olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər