“Black Rock”: İrəlidəki illərdə Azərbaycan investisiya obyekti kimi çıxış edəcək

23.01.2018,10:47


23 yanvar, Fineko/abc.az. Davosda Prezident İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.

Dövlət başçısının saytında xəbər verilir ki, Lourens Fink görüş əsnasında qeyd edib ki, 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkəti 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkətidir.

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bu sahədə keçirilən islahatlar dünyada  maraqla izlənilir. Mən ümidvaram ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək”, - Lourens Fink belə deyib.

Şirkətin təsisçisi, yaxın zamanda Azərbaycana səfər edəcəyini və ölkənin investisiya imkanları ilə bir daha tanış olacağını  bildirib.

Görüş zamanı prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi.

 

Açar sözlər: Black Rock İlham Əliyev