Azərbaycandan pomidor idxalı artıb – 8 faizə yaxın

14:32 - 16.07.2020


16 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi pomidorun həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycandan sözügedən dövrdə 148 milyon 833 min dollarlıq pomidor idxal edilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10 milyon 777 dollar və ya 7,8% çox deməkdir.

Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkədən 138 milyon 56 min dollarlıq pomidor idxal edilmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər