330x110
 

AMB banklara $ 56,4 mln. satıb

16.07.2020,14:59


16 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyulun 16-da banklara $56,4 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $56,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.