Altı ayda satılan malların məbləği – Siyahı

15:11 - 16.07.2020


16 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində müştərilərə satılan malların məbləğini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ticarət şəbəkələrində 18 milyard 245,7 milyon manatlıq o cümlədən 9 729,7 milyon manatlıq ərzaq, içki və tütün məmulatları, 8 milyard 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.

 

Bütün xəbərlər