Ən yeni raketlərimiz Metsamor AES-ni vurmağa imkan verir – Müdafiə Nazirliyi

16:09 - 16.07.2020


16 iyul, Fineko/abc.az. "Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir".

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu  Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq bildirib.

"Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər", V.Dərgahlı qeyd edib.

 

Bütün xəbərlər