İyun ayında avtomobil idxalı artıb – Hesabat

16:41 - 16.07.2020


16 iyul, Fineko/abc.az. İyun ayında avitomobil idxalı yenidən sürətlə artmaqdadır.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ilk 6 ayında ölkəyə 23 413 avtomobil gətirilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin birinci yarısına nisbətən 4 573 ədəd və ya 25% artıqdır. Qeyd edək ki, bu ilin ilk aylarında avtomobil idxalı artsa da, mart və aprel aylarında xaricdən idxal kəskin azalmışdı. May ayında yenidən xaricdən gətirilən avtomobillər artıb, iyun da isə daha da yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər